Türkiyənin məşhur aparıcısı Azərbaycandan üzr istədi -
ATV kanalının aparıcısı Cem Öğretir millət vəkili Qənirə Paşayevanın üzr tələbinə cavab verib.
Axar.az xəbər verir ki, Türkiyənin ATV kanalında Dağlıq Qarabağın “dövlət” kimi göstərilməsinə etriaz edən Q.Paşayeva Tvitter üzərindən belə bir mesaj göndərdiyini qeyd edib:
“Ermənistanın işğal etdyi Azərbaycanın Qarabağ bölgəsini ATV-də proqramda ayrıca dövlət kimi söyləyərək, bütün Azərbaycanı çox üzdünüz. Şəhid verdiyim onlarca arkadaşım adına @OgretirCem sizden üzr və xəta yapdığınızı proqramda söyləmənizi gözləyirəm. Qarabağ adlı dövlət yoxdur".
Cem Öğretir isə cavabında üzr istəyib və məqsədinin Azərbaycanı üzmək olmadığını bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26