Qənirə Paşayeva Çinarə Məlikzadə ilə birlikdə“Çırpınırdı Qara dəniz” mahnısını oxudu - VİDEO
Müğənni Çinarə Məlikzadə Türkiyənin millət vəkili Mustafa Destici ilə duet oxuyub.
Publika.az xəbər verir ki, sənətçi dünən Ankarada keçirilən mərasimdə səhnə alıb. Müğənni “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib.
Çinarə tədbirdə iştirak edən azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin yanına yaxınlaşaraq mahnının nəqarətini onlarla birlikdə ifa edib.
İnterPosta.info bildirir ki, sənətçi sözügedən görüntüləri İnstaqramda yayımlayıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26