Interposta.Info

Çinarə Məlikzadə Ərtoğruldan ayrıldı

Maqazin
 8-01-2018, 14:33     10 875

Çinarə Məlikzadənin prodüseri Ərtoğrul Kamalov ifaçı ilə yollarını ayırdığını "Facebook" vasitəsi ilə açıqlayıb.

XeberBiz xəbər verir ki, kaspi.az müğənninin tanındığı gündən onun yanında olan və daima dəstəyini əsirgəməyən Ərtoğrul Kamalova ayrılıqlarının səbəbini soruşub.

Prodüser açıqlamasında Çinarə Məlikzadə ilə yollarını ayırsalar da, dostluq münasibətlərinin hələ də davam etdiyini bildirib:

"Biz Çinarə ilə bir yerdə hər şeyi sıfırdan başladıq. İsveç səfərimizdən qayıdandan sonra iş birliyimizə son qoyduq. Onunla işbirliyimizin sona yetməsini mən istədim. Yəni Çinarədə heç bir günah da yoxdur. Burda qəribə nə var ki? İşdir də, bu gün onunla işləyərsən, sabah başqası ilə. Çinarə ilə dostluğumuz davam edir, düşmənçilikdən söhbət gedə bilməz. Özü də hər dəfə deyirdi ki, mənim işlərimi Allah düzəldir. Mən də Allaha inanan adamam. Allah işlərini avand eləsin. Mənim Çinarə ilə bir yerdə işləməməyimlə heç nə dəyişməyəcək. Allah hər kəsin yolunu açıq etsin”.

Çinarə Məlikzadə də açıqlamasında keçmiş prodüseri ilə heç bir problem yaşamadıqlarını və münasibətlərinin normal olduqlarını bildirib: "Ərtoğrulla münasibətlərimiz yaxşıdır, sadəcə, işbirliyimiz sona yetib. Söhbət etdik və belə qərar gəldik”.

Qeyd edək ki, Ərtoğrul Kamalov artıq ifaçı Mina Hüseynlə ilə işbirliyinə başlayıb.

interposta.info
Çinarə Məlikzadə Ərtoğruldan ayrıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26