Interposta.Info

Qənirə Paşayeva: "Musiqidən başı çıxanlar Üzeyirə qulaq asmaz" -

Müxtəlif
 18-07-2018, 17:11     10 533

Millət vəkili Qənirə Paşayeva ötən gün “Onda başladıq” proqramında qonaq olub.

Oxu.Az xəbər verir ki, Kamran Həsənlinin aparıcı olduğu verilişdə televiziyalar və musiqimizdən söz açan Paşayeva müğənni Üzeyir Mehdizadəyə qulaq asanları qınayıb:

“Professional musiqidən bir şeylər öyrənən insan Üzeyir Mehdizadəyə qulaq asmaz. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”, - deyə millət vəkili bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26