Interposta.Info

Pakistandan

Gündəm
 9-03-2017, 18:04     728

Pakistandan

Qənirə Paşayeva Pakistanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb.

Axar.az xəbər verir ki, millət vəkili Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyin hər zaman yüksək dəyərləndirildiyini və ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini bildirilib.

Millət vəkili qeyd edib ki, istər jurnalist, istərsə də deputatlıq fəaliyyəti dövründə dəfələrlə Pakistana səfər edib, görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub və bu ölkə ilə bağlı kitab yazıb:

“Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycanı nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm. Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib. Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bu, Azərbaycana verilən ən böyük qiymətdir. Hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdəki böyük diasporunun dəstəyinə ehtiyacımız var”.

Q.Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması, dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət, Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi barədə geniş məlumat verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26