Interposta.Info

“Sabah” Azərbaycandan üzr istəməlidir -

Ölkə
 21-10-2017, 12:07     10 403

Azərbaycan insanları “Sabah”qəzetinin onlardan üzr istəməsini gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin “Sabah” qəzetində “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat barədə “Əzik xoreoqrafiya” başlığı ilə xəbərin yayımlanmasına münasibət bildirərkən deyib.

“Bu çirkin yazını qınayırıq. Qardaş Türkiyədə “Sabah” qəzetində belə bir yazının dərc olunması bütün Azərbaycanı dərindən yaralayıb. Azərbaycan insanları “Sabah”qəzetinin onlardan üzr istəməsini gözləyir. Məncə, qardaş Türkiyədə milyonlarla milli duyarlı insan da bu üzrü gözləyir. İki qardaş ölkə arasında gərginlik yaratmaq istəyənlərə izn verməməliyik. “Qarabağ”ın oyununu və komandanın tərəfdarlarının əsil davranışlarını bir çox televiziyalardan milyonlarla insan izlədi. Təəssüf ki, kimsə başqa bir şey görmək istədiyindən belə yazıb. Üzr gözləyirik”.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

interposta.info
“Sabah” Azərbaycandan üzr istəməlidir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26