Interposta.Info

Türkiyədə yaradılmış yeni partiya da “Qarabağ”ı dəstəklədi - FOTO

Gündəm
 26-10-2017, 07:38     9 176

Türkiyənin “Sabah” qəzetində dərc edilmiş qalmaqallı yazıdan sonra qardaş ölkədə Azərbaycana və “Qarabağ” futbol klubuna dəstək nümayişi davam edir.

Virtualaz.org xəbər verir ki, bu şərəfli estafeti bu gün yeni yaradılmış siyasi partiya - “İyi parti” qəbul edib. Partiyanın bu gün keçirilən iclasında siyasətçilər Azərbaycanın bayrağını qaldırıb və artıq məşhurlaşmış “Qarabağ” xoreoqrafiyasını təkrarlayıblar.

Xatırladaq ki, jurnalist Mevlüt Tezel “Sabah” qəzetindəki yazısında “Atletiko” ilə oyunda “Qarabağ” azarkeşlərinin xoreoqrafiyasını gülüş obyektinə çevirmişdi. Bu yazı Azərbaycanda və Türkiyədə kəskin mənfi reaksiya doğurmuş, jurnalist hərəkətinə görə üzr istəməli və təökzib yazısı dərc etməli olmuşdu.

interposta.info

Türkiyədə yaradılmış yeni partiya da “Qarabağ”ı dəstəklədi - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26