Interposta.Info

Bədnam yazı "Sabah"dan çıxarıldı, amma izi qaldı...

Gündəm
 21-10-2017, 13:51     10 378

Belə anlaşılır ki, qəzet rəhbərliyi təzyiqlərə dözməyərək və münasibətlərin daha da gərginləşməsini istəməyərək həmin bədnam yazını saytdan çıxarmağı lazım bilib.

interposta.info
xəbər verir ki, bu xüsusda fikirlərini bölüşən "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı sosial şəbəkədə qeyd edib ki, bazar ertəsi "Sabah" qəzeti bu mövzuda yeni bir yazı (güman ki, üzrxahlıq səciyyəli) dərc edəcək.

Azxeber.com məsələ ilə bağlı sabah.com.tr saytının baş redaktoru İsa Tatlıcan ilə əlaqə saxlayıb. O deyib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O eyni zamanda yazarla bağlı deyib ki, özü geniş açıqlama verəcək: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".

Onu da qeyd edək ki, "Sabah"ın həmin yazısı ölkəmizdəki bəzi anti-Türkiyə ovqatlı qüvvələrin əlinə dəstəvuz verib və onlar bir futbol yazarının iki kəlmə səfeh sözünü Azərbaycan-Türkiyə qardaşlığının fövqünə qoymaq cəhdləri edirlər.

interposta.info
Bədnam yazı "Sabah"dan çıxarıldı, amma izi qaldı...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26