Interposta.Info

Sabah 19 azərbaycanlı Almaniya millisinə dəstək verəcək -

İdman
 25-03-2017, 19:25     604

Almaniya Futbol İttifaqının (DFB) yaydığı xəbərə görə, sabah futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Almaniya oyununa tamaşa etmək məqsədilə 19 azərbaycanlı bu quruma bilet üçün müraciət edib.

Sosial şəbəkədə yayılan və DFB-yə istinad edilən məlumata əsasən bildirir ki, Almaniya Futbol İttifaqı müraciətə müsbət cavab verib.

Beləliklə, sabah saat 20-də Bakıda başlayacaq oyunda 19 azərbaycanlı teibunaların Almaniya millisninin azarkeşləri üçün ayrılmış sektorunda rəqib komandanı dəstəkləyəcək.(virtualorg.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26