Interposta.Info

İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - VİDEO

Gündəm
 22-03-2017, 12:57     937

Ermənistan prezidenti Serj Sərksiyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, səfər işgüzar məqsədi daşıyır. Paytaxta Əbu-Dabi hava limanında Sərkisyanı BƏƏ-nin baş nazirinin müavini, prezident məsələləri üzrə naziri Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, təntənəli qarşılanma mərasimindən sonra S.Sərkisyan Şeyx Mənsur ibn Zaydəl-Nahayyanla söhbət edib. Erməni prezident Ermənistan-Birləşmiş Ərəb Əmirlikləri investisiya forumunun təşkilatçılığına və aldığı dəvətə görə təşəkkür edib, həmçinin bundan sonrakı əməkdaşlıq imkanları haqda müzakirələr olub. Sərkisyan daha sonra BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mənsurla görüşüb.

Xatırladaq ki, BƏƏ-nin də qatıldığı İslam Konfransı Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırmını pisləyən qətnamələr qəbul edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26