Interposta.Info

İran İrəvana nəfəs verir, ərəb şeyxləri isə... - Politoloq

Siyasət
 20-12-2017, 08:38     10 494

Bəzi müsəlman dövlətləri müsəlman həmrəyliyindən dəm vursa da, müsəlmana, onun məscidinə, dininə, imanına xələl gətirən vəhşi, barbar xristian dövlətlərinin hərəkətləri barədə tənqidi düşünməyi bacarmırlar. Bu nöqteyi-nəzərdən ölkə prezidentinin islam həmrəyliyini nəzərdə tutaraq, İƏT-in İstanbul Zirvəsində xüsusi bir SOS siqnalı verməsi ciddi əhəmiyyətə malikdir. Bundan sonra da Azərbaycan diplomatiyası bu məsələləri populyarlaşdırmağı və beynəlxalq rəyə çevirməyi bacarmalıdır.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, çox təssüf ki, dünyada müsəlman həmrəyliyi hələ də tam şəkildə formalaşmayıb:

“Bu məsələdə ərəb dövlətlərinin günahı kifayət qədər çoxdur. Buraya həmçinin İranın da qeyri-ardıcıl siyasətini əlavə etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İƏT-in fövqaladə sammitində çıxışında da bu məsələyə çox incə bir formada toxundu. Prezident Dağlıq Qarabağ problemindən danışarkən Ermənistanın işğal etdiyi ərazilərdə keçirdiyi etnik təmizləmə, erməni barbarlığı və insanlara vəhşi münasibətindən də misallar gətirdi və bunun da islam ölkələrinin diqqət mərkəzində olmasının vacibliyindən xüsusi söz açdı”.

Politoloq qeyd edib ki, ərəb şeyxlərinin İƏT-in bu iclasından sonra Ermənistanda peyda olmasının təhlükəli meyilləri var:

“Belə məlum olur ki, ərəb şeyxləri indi də meyillərini Ermənistana salıb. Əlbəttə, burada erməni lobbisinin, erməni təbliğatının rolu az deyil. Onların bir qismi hətta Ermənistan mətbuatında bəyanat yayaraq bildirib ki, buraya sərmayə yatırmağa gəliblər. Bundan əvvəl Azərbaycana da ərəb şeyxləri gəlmişdi və onlar burada yalnız ov etməklə məşğul olmuşdular. Amma onlar Ermənistanda sərmayə yatırmaqdan danışırlar. Prezidentin islam dövlətlərini Ermənistana qarşı sərt mövqe tutmağa çağırışı görünür bəzilərində müsbət reaksiya doğursa da, bəzilərinin düşüncəsinə hələ tam otura bilmiyib”.

Politoloq vurğulayıb ki, qonşuluğumuzda olan İran da islam təəssübkeşliyini qətiyyə qorumur:


“Artıq İran Ermənistanla Araz çayı boyunca azad-iqtisadi zona yaratmaq haqqında razılığa gəlib. Uzun müddətdir ki, blokadada olan Ermənistana bir nəfəslik rolunu oynayan İran Ermənistanla əməkdaşlıqda daha uzağa gedir. Ermənistanın Təbii Resurslar və Energetika İnfrastrukturu naziri Aşot Manukyanın İrana səfəri zamanı İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Behzat Babazadə ilə görüşündə tərəflər arasında Ermənistana İran qazının tədarükünün artırılması barədə razılıq əldə edildi. Hətta İran ərazisindən keçən və guya Avropa bazarlarına gedib çata biləcək qaz kəmərinin çəkilişi ilə bağlı müzakirələr də aparılır”.

Qeyd edək ki, bir qrup ərəb sərmayədar İrəvana səfər edib. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Ərəb şeyxləri Ermənistana investisiya yatırmaq imkanlarını müzakirə ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26