Interposta.Info

Qərbin qorxulu ssenarisi: İran-ərəb qarşıdurması...

Siyasət
 29-12-2017, 07:23     10 380

Əslində birmənalı şəkildə vurğulamaq olar ki, 2018-ci il Yaxın Şərq ölkələrinin biri-biri ilə qarşıdurmaları fonunda keçəcək.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Vüqar Zifəroğlu deyib. O bildirib ki, istər Qətər böhranı (ərəb ölkələrinin öz aralarındakı bir problemin və ya rəqabətin göstəricisi), istərsə də Yəməndə baş verən proseslər (İran-ərəb qarşıdurmasının təcəssümü kimi) bunu deməyə əsas verir:

"Bu, ilk növbədə özünü İran-ərəb münasibətlərində daha açıq, qabarıq formada göstərməlidir. Qüds məsələlərindən başlayaraq İranın ətrafında yaranan şiə hilalının formalaşmasına qədər Qərbin Yaxın Şərqdə sərgilədiyi yeni siyasət bir çox məqamlarda müəyyən dəyişikliklərin gedəcəyini proqnozlaşdırmağa imkan verir. Yəni Səudiyyə Ərəbistanında olan proseslər bunu sübut etdi ki, hazırda Qərb İranın mövqelərinin güclənməsinə ərəb dövlətlərinin adekvat reaksiya verməməsundən narahatdır".

Politoloq qeyd edib ki, Qətər böhranı və Səudiyyə Ərəbistanı ilə bağlı olan məqamlar ilk növbədə İranın Yaxın Şərq siyasətinə cavab tədbirlərinin görülməsi kimi qiymətləndirilməlidir:

"Bu mənada vurğulamaq olar ki, növbəti ildə İran -ərəb münasibətlərinə yeni maraqlı məqamlar əlavə olunacaq və biz daha ciddi proseslərin şahidi olacağıq. Bu, özünü təkcə Yəməndə göstərməyəcək, bir sıra başqa Yaxın Şərq ölkələrində də biz yeni münaqişələrə şahid olacağıq. Bir məqamı da qeyd edim ki, burada arzuolunmaz bir hal ondan ibarətdir ki, bu münaqişələrə məzhəbsəl qarşıdurma fonu geyindirməyə çalışacaqlar. Bildiyiniz kimi, İranın əsas siyasəti ərəb ölkələrinin daxilində olan şiə icmalarını dəstəkləmək və həmin qruplaşmalara tam dəstək ifadə etməkdir. Bu isə ənənəvi sünni idarəetməsində olan ərəb ölkələrini razı salmır. Artıq İran-ərəb qarşıdurmasının dövlətlərin maraqlarından irəli, təhlükəli bir boyuta istiqamətləndirilməsinə çalışılacaq. Bunun da məzhəbsəl qarşıdurma kimi təqdim olunması çox məyusedici və qorxuludur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26