Interposta.Info

Bu müzakirə

Dünya
 27-01-2017, 14:39     598

Bu müzakirə
ABŞ Prezidenti Donald Trampın administrasiyası Müsəlman Qardaşlarını terror təşkilatları siyahısına əlavə etmək üçün müzakirələr aparır.

Axar.az “Röyter”ə istinadla xəbər verir ki, Müsəlman Qardaşlarının qara siyahıya salınmasında xüsusilə Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinin təkid etdiyi bildirilir. Trampın digər müşavirləri, çoxlu sayda diplomatlar və xüsusi xidmət orqanlarının nümayəndələri bu addıma qarşı çıxırlar. Onlar təşkilatın bir sıra ölkələrdə dinc fəaliyyətlə məşğul olduğunu iddia edirlər.

Bu şəxslər həmçinin Müsəlman Qardaşlarına qarşı atılacaq addımların ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi olan Türkiyə ilə də münasibətləri pozacağını vurğulayırlar.

Qeyd edək ki, Müsəlman Qardaşları təşkilatı 1928-ci ildə Misirdə yaradılıb. Bu təşkilatın nümayəndəsi olan Misir Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə devrilməsindən sonra Müsəlman Qardaşları ölkədə qadağan edilib və terrorçu təşkilat adlandırılıb. Müsəlman Qardaşları Misirlə yanaşı bir sıra ərəb ölkələrində də qadağan olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26