Interposta.Info

Ermənistan prezidenti ölkədəki siyasi qüvvələrlə məsləhətləşmələrə başlayır

Dünya
 25-04-2018, 13:22     10 373

Ermənistan prezidenti Armen Sərkisyan bu gündən parlamentdə olan və parlamentdən kənar siyasi qüvvələrin rəhbərliyi ilə məsləhətləşmələrə başlayacağını bəyan edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, A.Sərkisyan 24 apreldə qondarma “soyqırım” tədbirləri çərçivəsində erməni xalqının birlik nümayiş etdirdiyini xatırladaraq, bu mövqenin davamına zərurət olduğunu bildirib və deyib ki, indiki vəziyyətdən düzgün çıxış yolu tapılmalıdır.

A.Sərkisyan əlavə edib ki, bunun üçün təcili şəkildə tərəflər arasında dialoqa başlamaq lazımdır. Erməni prezident müxalifət lideri Nikol Paşinyanla baş nazir əvəzi Karen Karapetyan arasında planlaşdırılan danışıqların baş tutmamasından təəssüfləndiyini qeyd edib.

Prezidentliyinin ikinci ayında olduqca çətin situasiya ilə üzləşən A.Sərkisyan deyib ki, bu gün onun ölkəsi ciddi imtahan qarşısındadır. Ona görə də bu gündən parlamentdəki siyasi partiyalar və parlamentdən kənar qüvvələrlə ölkədəki mövcud durumun müzakirəsinə və çıxış yollarının araşdırılmasına başlayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26