Interposta.Info

 

Gürcüstanda təbii fəlakət zamanı ölənlərin ümumi sayı açıqlandı - YENİLƏNİB

Dünya
 4-08-2023, 17:12     293

Xilasedicilər təbii fəlakət baş verən Şovi kurort şəhərində daha dörd nəfərin cəsədini tapıblar.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə torpaq sürüşməsi zamanı ölənlərin ümumi sayı 11 nəfərə çatıb.

14:16

Gürcüstanın Şovi kurortunda təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları zamanı xilasedicilər daha dörd cəsəd aşkar ediblər.
Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində artıq altı nəfər ölüb. Hazırda 210 nəfər təhlükəsiz əraziyə çatdırılıb.

Əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunub. Bu gün səhər saat 06:00-dan etibarən sərhəd xidmətinin iki helikopteri xilasetmə işlərinə cəlb olunub.

Qeyd edək ki, Şovi kurort zonasında torpaq sürüşməsi dünən baş verib.\apsny.ge

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26