Interposta.Info

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatdı, 70 347 nəfər yaralanıb (YENİLƏNİB)

Gündəm
 9-02-2023, 23:15     475

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb.

Zəlzələdə yaralananların sayı 70 347 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

22.30

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.

Bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

16:09

Türkiyədə baş vermis dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat verib.

Onun sözlərinə görə, yaralıların 63794-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6444-ə bərabər olub.

14:36

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.

10:04

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

09:03

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26