Interposta.Info

Türkiyəli deputat zəlzələ nəticəsində həlak oldu
 

Dünya
 7-02-2023, 18:04     194

Türkiyəli deputat zəlzələ nəticəsində həlak oldu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

"İnterPosta" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun meyiti dağıntılar altından çıxarılıb.

Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm, eyni zamanda zəlzələnin dağıntıya məruz qoyduğu 10 vilayətdə üç ay müddətində qüvvədə olacaq fövqəladə vəziyyət elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26