Interposta.Info

Zəlzələ: İstanbulda körpülər uça bilərmi? - Ərdoğan açıqladı

Dünya
 26-09-2019, 21:46     10 342

Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.

İlkin məlumat görə, zəlzələ 5.9 bal gücündə olub.

Yeraltı təkanlar təxminən 30 saniyə davam edib.

***

Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.

Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb.

Avcılar rayonunda yerləşən məscidin minarəsi dağılıb.

***

İstanbulda yerli vaxtla 14:27-də növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 4 bal olub.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda keçirilən BMT Baş Assambleyasından qayıdan kimi ona zəlzələ ilə bağlı hesabat verilib.

Türkiyə prezidenti daha sonra bu barədə jurnalistləri məlumatlandırıb.

“İndiyə qədər 28 afterşok qeydə alınıb. Bu sayın artması da mümkündür. Zəlzələ nəticəsində 8 vətəndaşımız yaralanıb. Körpülərin troslarının qopması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bu hadisəni fürsətə çevirmək istəyənlər var. Bəzi binalar zərər görüb”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında da İstanbulda 3.6 bal gücündə zəlzələ baş vermişdi.

***

Zəlzələ nəticəsində infarkt keçirən 56 yaşlı Meral Okur xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxilə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26