Interposta.Info

Trampın sponsorunun ailəsi təyyarə qəzasında məhv oldu

Dünya
 5-06-2023, 17:35     221

ABŞ-da qəzaya uğrayan “Cessna Citation” biznes təyyarəsi Floridanın “Encore Motors of Melbourne” şirkətinə məxsus olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir, bu barədə həmin şirkətin rəhbəri Con Rumpel “The New York Times” qəzetinə bildirib.

Rumpelin sözlərinə görə, təyyarədə qızı və iki yaşlı nəvəsi, dayə də olub. “Təyyarə dəqiqədə 20 000 fut (6000 metr) sürətlə enirmiş, heç kim bu sürətlə qəzadan sağ çıxa bilməzdi”, - deyə Rumpel qeyd edib.

“Daily Beast” saytının ABŞ Federal Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, Rumpel və həyat yoldaşı Barbara son bir neçə ildə respublikaçı namizədlərə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampın fonduna “yüz minlərlə dollar” bağışlayıb. Saytın informasiyasına əsasən, Barbara Rumpel respublikaçıların əsas dayaqlarından sayılan Milli Atıcılıq Assosiasiyasının qadınlardan ibarət idarə heyətinə daxildir və keçmiş dövlət başçısının ofisi ilə birbaşa əlaqələri var.

Qeyd edək ki, “Cessna Citation” iyunun 4-də qəzaya uğrayıb və təyyarədən sağ çıxan olmayıb. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, biznes təyyarə Tennessi ştatının Elizabettaun şəhərindən havaya qalxaraq Nyu-Yorkun Lonq-Aylend şəhərindəki MacArthur hava limanına doğru hərəkət edib. Lakin uçuş zamanı layner gözlənilmədən Lonq-Aylend üzərində çevrilib və Vaşinqton üzərində pilotsuz zonaya daxil olub.

Pilot aviadispetçerin çağırışlarına cavab verməyib və buna görə də onun qarşısını almaq üçün iki F-16 qırıcısı havaya qaldırılıb. ABŞ rəsmiləri fəlakətin səbəbinin F-16-lar olmadığını bildiriblər.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26