Interposta.Info

Trampın qızı və kürəkəninin olduğu helikopterdə nasazlıq yaranıb

Dünya
 19-03-2018, 16:46     10 430

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla əri Cered Kuşnerin olduğu helikopter Vaşinqtona qayıtmalı olub

"XeberBiz" APA-ya istinadən verdiyi xəbərə görə, buna səbəb Nyu-Yorka uçmalı olan helikopterin iki mühərrikindən birində yaranan nasazlıq olub.

Hadisə bir neçə gün öncə baş verib. Cütlüyün nümayəndəsi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Onların hansı səbəbdən təyyarə yerinə helikopterdən istifadə etdiyi bilinmir.

Qeyd edək ki, C. Kuşner prezident Trampın müşaviridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26