Interposta.Info

Qızı

Dünya
 4-02-2017, 12:49     1 272

Qızı
İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner LGBT-nin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan layihənin ABŞ Prezidenti Donald Trampın müzakirə masasına çıxarılmamasına nail olub.

Axar.az xəbər verir ki, bu iddia ilə “Politiko” nəşri çıxış edib.

Verilən məlumata görə, söhbət 2014-cü ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qəbul etdiyi cinsi azlıqlara qarşı iş yerlərində və ictimai yerlərdə ayrı-seçkiliyi qadağan edən qanun layihəsinin ləğvindən gedir.

Xatırladaq ki, daha öncə də İvanka Tramp və həyat yoldaşı Cared Kuşner cinsi azlıqların hüquqlarının müdafiəsində durmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26