Interposta.Info

Peru parlamenti Meksika prezidentini persona non qrata elan etdi

Dünya
 23-05-2023, 14:44     235

Peru Konqresinin (Parlamentinin) Xarici Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun cənubi Amerika respublikasının hakimiyyətini tənqid etdiyinə görə onu persona non qrata elan etməyə səs verib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"On bir lehinə səslə, Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andrés Lopez Obradorun bəyanatlarını pisləyən və onu persona non qrata elan edən qətnaməni təsdiqlədi", - Parlamentin bəyanatında deyilir.

İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronu da persona non qrata elan edib.
Bundan əvvəl Lopez Obrador Peru prezidenti Dina Boluarteni qəsbkar adlandırıb və bir daha bəyan edib ki, Mexiko Sakit Okean Alyansına sədrliyi Limaya ötürməyəcək. Meksika liderinin sözlərinə görə, keçmiş dövlət başçısı Pedro Kastilyo ədalətsiz olaraq vəzifəsindən uzaqlaşdırıldığı üçün Boluarte hakimiyyətə qanunsuz gəlib.

Keçən il dekabrın 7-də Kastilyo Konqresin buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. O, korrupsiya ittihamlarına görə impiçment məsələsinə baxılan parlament iclasından əvvəl çıxış edib. Deputatlar səsverməni ləğv etməyib və prezidentin səlahiyyətlərindən məhrum edilməsini təsdiqləyib, silahlı qüvvələr və polis Konqresə dəstək ifadə edib. Kastilyo üsyan təşkil etməkdə ittiham edilərək saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26