Interposta.Info

İran diplomatları Azərbaycandan niyə qovuldu?

Siyasət
 10-04-2023, 17:09     224

"İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı diplomatik statusa uyğun olmayan hərəkətlərə yol verərək, casusluq fəaliyyətilə məşğul olublar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İranın Azərbaycanda persona non-qrata elan edilən 4 diplomatının hansı pozuculuq fəaliyyətilə məşğul olduqlarına aydınlıq gətirərkən deyib.

Politoloqun fikrincə, onlar Azərbaycanın iqtisadi-siyasi, hərbi maraqlarına qarşı atdıqları addımlara görə persona non-qrata elan ediliblər:


"Onlar olduqları ölkənin, konkret halda Azərbaycanın iqtisadi-siyasi, hərbi maraqlarına qarşı atdıqları addımlara görə persona non-qrata elan ediliblər. Bu beynəlxalq konvensiyaya uyğun olaraq baş verib. Dörd diplomat casusluq fəaliyyətilə məşğul olublar, ona görə də ölkəmizdə arzuolunmaz şəxs elan ediliblər.

Bu şəxslərin artıq başqa ölkələrə göndərilməsi də mümkün deyil. Çünki casusluq fəaliyyətinə görə, başqa ölkələrdə də fəaliyyət göstərə bilməyəcəklər. Heç bir xarici ölkə onları qəbul etməyəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26