XİN "persona-non-qrata" elan etdiyi İran diplomatlarının adını açıqladı

İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb
İran səfirliyinin "persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.
Bu barədə "İnterPosta"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:
Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər.
Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona-non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26