Interposta.Info

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı artdı

Dünya
 26-12-2022, 09:44     332


Həftəsonu ABŞ-ni bürümüş qar fırtınası nəticəsində ölənlərin sayı 34-ə çatıb.

Həyatını itirənlərin çoxu Nyu-York ştatındandır - 12 nəfər.

“Havanın hələ də nə qədər təhlükəli olduğunu qiymətləndirə bilmirəm”, - deyə ştat qubernatoru Keti Hokul bildirib. Onun sözlərinə görə, yolda qalan yüzlərlə insan avtomobillərindən xilas edilib.

Şənbə günü kəskin hava şəraiti nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.

Həftəsonu ABŞ-də 5000-dən çox uçuş ləğv edilib.

Kəskin hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib./ABC/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26