Interposta.Info

Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb - Video

Dünya
 8-06-2017, 15:22     491

Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.

Qeyd edək ki, bundan öncə 13 nəfərin öldüyü, 40-dan çox adamın yaralandığı haqda məlumat yayılıb.

Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub.

***

İranın paytaxtı Tehranda baş verən terror hadisələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.

"Terror hadisələri nəticəsində ölənlərin sayı 13, yaralıların isə 43 nəfərə çatıb", deyə H. Zülfüqari bildirib.

Bundan əvvəl 12 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub.

Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26