Somalidə partlayış qurbanlarının sayı 231 nəfərə çatıb

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti Somali informasiya naziri Abdullah Ömərə istinadən məlumat yayıb.
Xəstəxanalarda 275 yaralı var.
***
Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “ i24 News ” telekanalı Somali polisinə istinadən məlumat yayıb.
Bundan öncə partlayış nəticəsində 85 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilmişdi.
***
Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 250 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.
Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26