Interposta.Info

“Hannah” fırtınası nəticəsində İrlandiyada uçuşlar ləğv olunub

Dünya
 27-04-2019, 10:46     10 345

“Hannah” fırtınası İrlandiyanın qərb sahilində yaşayan 10 min sakini elektrik enerjisiz qoyub.

AZƏRTAC xəbər verir ki, fırtına nəticəsində ölkə ərazisində uçuşlar ləğv edilib.

Böyük Britaniyanın Meteorologiya İdarəsi Şimali İrlandiyada bəzi evlərin sel və daşqın axınına məruz qaldığını açıqlayıb. Fırtınanın cənubi Uels və cənub-qərbi İngiltərəyə də təsir edəcəyi barədə məlumatlar yayılıb.

Dəmir yolu, hava və su nəqliyyatında pozulma hallarının olacağı haqqında bildiriş edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26