Interposta.Info

Rusiya bu dəfə də Azərbaycana uçuş məhdudiyyətini ləğv etmədi

Dünya
 21-09-2020, 11:20     594

Rusiya 21 sentyabrdan etibarən Belarus, Qazaxıstan və Qırğızıstana uçuşlarını bərpa edir.

"İnterPosta" xəbər verir ki, bu haqda müvafiq sənədi Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

Uçuşlar həftədə bir dəfə Nur-Sultan (Qazaxıstan), Bişkek (Qırğızıstan) və Minsk (Belarus) şəhərlərinə həyata keçiriləcək.

Seula (Cənubi Koreya) uçuşlar 27 sentyabrdan etibarən bərpa ediləcək.

Bu bazar ertəsindən yük daşımalarına qoyulan məhdidiyyətlər də ləğv ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26