Interposta.Info

Moskva Türküstanda ikinci Ermənistan yaratdı

Siyasət
 21-06-2017, 07:35     591

Rusiya Maliyyə naziri Anton Siluanovla Qırğızıstan Maliyyə naziri Adılbek Qasımaliyev arasında Bişkekin Moskva qarşısında borcunun tənzimlənməsi haqqında müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, müqavilə Qırğızıstan Prezidenti Almazbek Atambayevin Moskvaya səfəri zamanı imzalanıb. Müqaviləyə əsasən Rusiya Qırğızıstanın 240 milyon dollarlıq borcunu siləcək.

Qırğızıstan və Rusiya arasında müttəfiqlik və strateji tərəfdaşlıqla bağlı yeni deklarasiyaya da imza atılıb. Bişkek və Moskva həmçinin hava hücumundan müdafiə ilə bağlı vahid regional sistemin yaradılması haqqında razılığa gəliblər.

Qeyd edək ki, Rusiya son 11 ildə Qırğızıstanın 703,2 milyon borcunu silib.

Rusiya artıq Belarus, Qazaxıstan və Ermənistanla birgə hava hücumundan müdafiə ilə bağlı vahid regional sistem yaradıb. Bunlar arasında ən son müqavilə İrəvanla bağlanıb. Nəticədə İrəvan bütün hava məkanını Moskvanın tabeliyinə verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26