Interposta.Info

Rusiya Ermənistanın hərbi obyektlərini alır

Dünya
 6-09-2017, 13:58     10 432

Rusiya və Ermənistan hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin tərkibinə daxil olacaq qüvvələri müəyyən ediblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Kosmik Qüvvələri komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko söyləyib. O, hazırda hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin yaradılması müqaviləsinin reallaşdırılmasına başlanıldığını bildirib.

Qeyd edək ki, bu müqavilə 2015-ci ildən imzalanıb. Müqavilənin müddəti 5 ildir və tərəflərin istəyinə uyğun olaraq 5 il də uzadıla bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26