Interposta.Info

ABŞ tarixin ən güclü silahını hazırlayır -

Dünya
 27-04-2017, 18:54     541

ABŞ hava hücumundan müdafiə sistemləri kosmik fəaliyyətimiz üçün təhdiddir.

Axar.az xəbər verir ki, bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya ordusunun Baş Operativ İdarəsinin rəis müavini general-leytenant Viktor Poznixir söyləyib.

“Bu, təkcə bizim üçün yox, bütün dövlətlər üçün təhdiddir. 2008-ci ildə Pentaqon hava hücumundan müdafiə sistemləri ilə kosmik aparatların necə məhv edilməsini nümayiş etdirib. O zaman 250 kilometr hündürlükdəki peyk Standart-3 raketi ilə məhv edilmişdi. ABŞ həmçinin ani qlobal zərbə silahı da hazırlayır. Bu sistem dünyanın istənilən yerində, istənilən hədəfi onun yox edilməsi haqqında qərarın qəbulundan sonrakı 1 saat ərzində məhv etməlidir”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26