Interposta.Info

Bu raketlər III Dünya savaşı yaradacaq – RAND

Dünya
 7-10-2017, 19:37     10 355

Hipersonik raketlərin yayılması dünya üçün təhdiddir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın RAND analitik mərkəzi yayıb. Mərkəz bu tip silahların III Dünya savaşı yaratmaq gücündə olduğunu bildirib:

“Bu tip raketlər saatda 5 min kilometr sürətlə uçmağa qadirdirlər. Nəticədə müasir hava hücumundan müdafiə sistemləri onları məhv etmək imkanından məhrum olurlar. Hipersonik silah istiqamətində işlər ABŞ, Çin və Rusiyada aparılır. Bu silahlarla Avropada, Yaponiyada, Avstraliyada və Hindistanda maraqlanırlar. Bu raketin istehsal texnologiyası 10 il ərzində bütün dünyaya yayıla bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26