İrəvan qorxuda: Bakı bu raketlərlə məhv edəcək

Azərbaycan Ordusunun silahlanmasına bir müddət əvvəl “Stels” texnologiyaları ilə təchiz edilən SOM-B1 qanadlı raketləri daxil olub. Bu raketlər hava və raket hücumundan müdafiə obyektlərinin məhv üçün nəzərdə tutulub.
Bunu “Nyus.am” saytına açıqlamasında erməni hərbi ekspert Van Ambartsumyan deyib.
“Ermənistan ordusunun arsenalından olan S-300 PS və S-300 PT zenit raket kompleksləri onlar üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Bu raketlər 10 metr yüksəklikdə uça bilir. Erməni ordusunda olan S-300-lər isə minimum 25 metr yüksəklikdəki hədəfləri məhv etmək imkanına malikdir”, – deyə o bildirib.
O, 9K317 Buk-M2 raket komplekslərinin də bu tip raketləri ələ keçirmək iqtidarında olmadığını deyib.
Ambartsumyan Azərbaycanın İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim təyyarələrinin aktiv alışı ilə məşğul olduğunu söyləyib:
“Bu təyyarələr NATO standartları ilə yığılır. Bu təyyarələr döyüş məqsədiylə tam şəkildə istifadə oluna bilər və hava-torpaq tipli aviabombaları atmaq gücündədir. Onlar həmçinin SOM-B1 raketləri ilə zərbə endirmək imkanındadır”.
Ekspert Bakının təkcə İtaliyadan təyyarələr almadığını, həm də Rusiyadan Su-30 MKA çoxfunksiyalı qırıcılarını almağa hazırlaşdığını və artıq Əlcəzairə təlim üçün öz pilotlarını göndərdiyini bildirib.
Ambartsumyan bu təyyarələrin göstəricilərinə görə Ermənistanın almaq istədiyi Su-30CM təyyarələrini üstələdiyini söyləyib.
Qeyd edək ki, SOM-B1 raketləri TUBİTAK tərəfindən hazırlanıb. Bu raketlər qurudan, dənizdən və havadan atıla bilir./axar.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26