Interposta.Info

İsrail Rusiyanın müdafiə sistemini məhv etdi -

Dünya
 11-05-2018, 13:40     10 495

İsrail aviasiyası İranın Suriyadakı mövqelərinə hücum zamanı “Buk-M1-2”, S-200 və S-75 hava hücumundan müdafiə komplekslərini də vurub.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bu sistemlər müvafiq olaraq NATO kodlaşdırılması ilə SA-17, SA-5 və SA-2 kimi göstərilib. Bununla yanaşı, raket atəşinə Suriya ordusuna məxsus “Pansir-S-1” (SA-22) sistemləri də tutulub.

İsrail ordusundan bildirilib ki, həmin komplekslər İsrail təyyarələrinə hücuma cəhd etdikləri üçün vurulub.

Qeyd edək ki, “Buk-M1-2” Rusiyada 90-cı illərin ortalarında hazırlanıb və “Pansir”lərə nisbətən daha müasir hava hücumundan müdafiə sistemləri sayılır. Hazırda Suriya ordusunda olan “Buk”ların sayı 6-20 arasında göstərilir.

Ötən gün İsrail ordusu “Pansir S-1”-in məhv edildiyi görüntüsünü yaymışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26