Interposta.Info

İsraildən İran qarşı həmlə: "Dəmir Qübbə" sərhəddə...

Dünya
 11-02-2018, 23:13     10 514

İsrail ordusu Suriya sərhədində “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri yerləşdirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Reşet14” telekanalı məlumat yayıb.

Həmçinin hazırda Suriya-İsrail sərhədində nisbi stabilliyin olduğu da qeyd edilib.

Xatırladaq ki, ötən gün Suriya İsrailə məxsus bir neçə qırıcını vurduğunu bəyan edib. İsrail isə yalnız bir F-16-nın vurulduğunu, pilotun sağ qaldığını təsdiqləyib.

Bunun ardınca isə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib. İran tərəfi bu məlumatı təkzib edərək, İsraili yalan məlumat yaymaqda suçlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26