Interposta.Info

İran ordusu İsrail sərhədinə yeridildi:

Dünya
 11-03-2017, 13:27     1 465

İran ordusu İsrail sərhədinə yeridildi:

İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyanın Qolan təpələrindəki mövqelərə yerləşiblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet həmçinin İraqın Hərəkət Hizbullah əl-Nücəba şiə qruplaşmasının da burada olduğunu bildirib. Belə ki, bu döyüşçülər Tehranın dəstəyi ilə Qolan təpələrini İsraildən azad etməyə hazırlaşırlar.

Qeyd edək ki, Qolan təpələri Suriya ərazisidir. Bu torpaqlar 1967-ci ildə Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılan altıgünlük müharibədən sonra İsrail ordusu tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (İsrail parlamenti) Qolan təpələrinin İsrailə aid olması barədə qanun qəbul edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26