Interposta.Info

İranla İsrail arasında şok razılaşma - MOSSAD-la gizli görüşün detalları

Dünya
 28-05-2018, 13:30     10 687

İordaniyanın paytaxtı Əmmanda İran və israilli rəsmilər arasında gizli görüş keçirilib.

Publika.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan “İlaf” qəzeti çıxış edib.

Nəşrin yazdığına görə, gizli görüşdə aralarında İranın İordaniyadakı səfirinin olduğu iranlı təhlükəsizlik səlahiyyətliləri və İsrailin kəşfiyyat qurumu MOSSAD-ın başçısının müavini də daxil olmaqla israilli səlahiyyətlilər iştirak ediblər. Bir oteldə keçirilən görüşdə Suriyanın cənubi-qərbində, xüsusilə Dera və Əl-Kuneytara şəhərlərində baş verməsi gözlənilən qarşıdurmalar müzakirə olunub.

İddiaya görə, İran gücləri, həmçinin “Hizbullah” qruplaşması və digər şiə güclərinin Suriyanın cənub-qərbində Bəşər Əsəd qüvvələri ilə müxalifət arasındakı qarşıdurmalara qatılmaması mövzusunda razılaşma əldə olunub.

İranlı rəsmilər İran və “Hizbullah”ın Qolan təpələri və İsrail-İordaniya sərhədinə yaxın bölgədə gözlənilən qarşıdurmalara qatılmayacağı halda, özlərinin də müdaxilə etməyəcəklərini bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26