Suriyadan şok açıqlama: Bir neçə İsrail qırıcısı məhv edildi
Suriya Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə İsrail təyyarəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Suriyanın dövlət agentliyi olan SANA yayıb. SANA bu təyyarələrin Suriyanın mərkəzi hissəsinin bombardman edilməsindən sonra vurulduğunu bildirib.
Qeyd edək ki, bundan öncə İsrailin “10-cu kanal”ı yalnız bir ədəd F-16 qırıcısının Suriya ərazisindəki əməliyyatlardan qayıdarkən vurulduğunu açıqlamışdı. Məlumatda pilotların sağ-salamat olduğu vurğulanırdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26