Interposta.Info

Suriyadan İsrailə:

Dünya
 29-04-2017, 07:32     555

İsrailin hücumları Dəməşq Hava Limanının iş rejimini pozmayacaq.

Bu sözləri Suriyanın Nəqliyyat naziri Əli Hamud İsrailin bir neçə gün öncə Dəməşq aeroportuna endirdiyi aviazərbə ilə bağlı açıqlama verərkən deyib.

Nazir bildirib ki, bütün uçuşlar gecikdirilmədən həyata keçirilir:

“İsrail bu hücumu inkişafımızı dayandırmaq, strukturumuzu məhv etmək və insanlarımızın canına qorxu salmaq üçün həyata keçirdi. Suriya uğurla müqavimət göstərir. Onlar heç bir zaman məqsədlərinə çata bilməyəcəklər”.

Qeyd edək ki, 2 gün əvvəl Dəməşq aeroportunda şiddətli partlayış baş verib. Aeroportdakı İranın göndərdiyi silahların yığıldığı Hizbullaha məxsus anbar İsrailin aviazərbələri ilə məhv edilib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26