Interposta.Info

Bu dörd ölkəni məhv etmək lazımdır –

Dünya
 17-02-2017, 18:42     1 281

Bu dörd ölkəni məhv etmək lazımdır –


Əgər Nəsrullah İsrailin milli infrastrukturuna zərbə endirməyə cəsarət etsə, o zaman bütün Livana zərbələr endirəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Nəqliyyat və Kəşfiyyat naziri İsrail Kats söyləyib.

“Nəsrullah ağası olan İrana görə Livanı belə tam dağıtmağa hazırdır. Təcili olaraq Hizbullaha qarşı sərt sanksiyalar qəbul edib, İrana ağır təzyiqlər etmək lazımdır. Bunun sayəsində Tehran Hizbullahı maliyyələşdirməkdən imtina edə bilər. Artıq İran, Suriya, Hizbullah və Livandan ibarət olan şər oxunu məhv etmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Hizbullah lideri Həsən Nəsrullah İsrailin Dimondakı nüvə reaktoru vura biləcəklərini iddia edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26