Interposta.Info

İran Dəməşqə silah göndərdi: İsrail vurub dağıtdı -

Dünya
 27-04-2017, 12:11     449


Dəməşq aeroportunda dəhşətli partlayış baş verib.


Axar.az xəbər verir ki, “Əl-Meydan” kanalının məlumatına görə, güclü partlayış 25 kilometrlikdə yerləşən paytaxtda da eşidilib.

Partlayışdan sonra yanğın başlayıb. Liviyanın “Əl-Manar” kanalı aeroportda yanacaq anbarının alışdığını xəbər verib. Kanalın iddiasına görə, aeroportda partlayışın səbəbi İsrailin endirdiyi hava zərbəsidir.

Suriya və İsrail hələlik rəsmi açıqlama verməyib.

***

"Röyter" zərbəni İsrailin endirdiyini dəqiqləşdirib. Bildirilir ki, Dəməşq aeroportundakı İranın göndərdiyi və "Hizbullah"a məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26