Bu gün 6 prezident türk ölkəsində toplaşır

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İttifaqı ölkələri liderlərinin iclası keçiriləcək.
Görüş qeyri-rəsmi xarakter daşıyacaq. Görüşdə əsas müzakirə mövzularından biri təşkilata üzv ölkələrin 2017-2018-ci illərdəki makroiqtisadi siyasətlərinin əsas istiqamətləri olacaq.
Görüşdə həmçinin Moldovaya Avrasiya İttifaqında müşahidəçi statusunun verilməsi də nəzərdə tutulur. Moldova ilə yanaşı, liderlər Avrasiya İttifaqı ilə əməkdaşlıqda maraqlı olan MDB-nin digər ölkələrinə də daha asan qaydada müşahidəçi statusunun verilməsini müzakirə edəcəklər.
Bişkek görüşünə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Moldova prezidentləri gələcəklər. Görüşə sədrliyi Belarus Prezidenti Aleksandr Lukaşenko edəcək/axar.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26