Interposta.Info

İlham Əliyev sabah Moskvaya gedir - Kreml

Siyasət
 25-12-2017, 17:54     10 431

Dekabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Report xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sərkisyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Görüşdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarını müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26