Interposta.Info

Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açıldı

Ölkə
 9-06-2021, 11:11     382

Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Moskva və Sankt-Peterburq şəhərindən Lənkərana birbaşa aviareyslər yerinə yetirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "İnterPosta"ya verilən məlumata görə, iyunun 10-dan etibarən "Nordwind" şirkəti Sankt-Peterburqdan Lənkərana birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq: "Uçuşlar həftədə bir dəfə – cümə axşamı günləri həyata keçiriləcək. Bundan başqa, aviaşirkət iyunun 13-dən etibarən Rusiyanın paytaxtı Moskvadan da Lənkərana uçuşlar yerinə yetirəcək. Moskva-Lənkəran-Moskva reysi üzrə uçuşlar həftənin bazar günləri olacaq".

Qeyd edək ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26