Interposta.Info

Türkiyənin məşhur aviaşirkəti İrəvana reyslər açır

Dünya
 21-04-2017, 07:30     500

Türkiyənin məşhur aviaşirkəti olan "Pegasus" İstanbuldan İrəvana uçuş həyata keçirəcək.

Bu barədə erməni KİV-ləri yazıb. Ermənistan mediasının iddiasına görə, 1 iyundan etibarən "Pegasus" aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Məlumata görə, aviaşirkət uçuşları həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

Qeyd edək ki, "Pegasus" şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkət, bir sıra səbəblərdən ölkədən getməyə məcbur olmuşdu./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26