Interposta.Info

Kadırov qızının ölümündən danışdı və Putinə təşəkkür etdi
 

Dünya
 17-11-2022, 14:38     166

Çeçenistan rəhbəri Ramzan Kadırov qızlarından birinin ölümündən danışıb. "Telegram" kanalında o, həyat yoldaşı Medni Kadırova ilə qızının ilk övladı olduğunu və körpəlikdə dünyasını dəyişdiyini yazıb.

"İnterPosta" xəbər verir ki, bu barədə "Rosbalt" yazıb.

"İndi 14 uşağımız var. Baxmayaraq ki, 15 olmalı idi”, deyə Kadırov yazıb və əlavə edib ki, ilk qızı doğulandan az sonra ölüb.


Çeçenistan rəhbəri əlavə edib ki, işinin çox olması səbəbindən ailəsi nadir hallarda bir araya gələ bilir, lakin o, uşaqlardan heç vaxt bir "narazılıq işarəsi" belə eşitməyib. Düzdür, böyük qızları ona etiraf ediblər ki, uşaqlıqda diqqətsizlik səbəbindən tez-tez inciyirmişlər. Anaları isə onlara başa salıb ki, siz "ataya yük deyil, dayaq olmalısınız”.

Yazıda Kadırov, həmçinin həyat yoldaşına "Qəhrəman Ana” titulu verdiyi üçün Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26