Interposta.Info

Putin Kadırova yüksək vəzifə təklif etdi

Dünya
 17-01-2020, 14:54     617

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova Rusiya rəhbərliyində yeni vəzifə təklif edilib.

Bu barədə "Arqumentı nedeli” Kremldəki mənbəyinə istinadən yazıb.

Mənbə qeyd edir ki, R.Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.

Daha əvvəl Çeçenistan rəhbəri müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbi ilə səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xuçiyevə verib.

R.Kadırov yanvarın 13-dən müalicə kursu almağa başlasa da, bu barədə yalnız Rusiya Prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciəti və baş nazirin istefa verdiyi gün məlum olub./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26