Interposta.Info

Putindən Kadırova:

Dünya
 20-04-2017, 09:40     605

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu qəbul edib.

Axar.az RİA-ya istinadla xəbər verir ki, 19 apreldə, axşam saatlarında baş tutan görüşdə may sərəncamlarının yerinə yetirilməsi və terrorizmlə mübarizə müzakirə edilib.

“Rusiya Qvardiyasına hücum göstərir ki, problem qalmaqda davam edir. Əlbəttə, bunlar həll ediləcək. Ancaq Siz Rusiya prezidentinin 2012-ci ildən etibarən verdiyi sərəncamları icra etməyi bacarmısınız”, - deyə Putin Kadırova dəstəyini nümayiş etdirib.

Kadırov Putini əmin edib ki, may sərəncamları da uğurla icra ediləcək. Çeçenistan rəhbəri həmçinin respublikanın iqtisadi vəziyyətinin yaxşılaşdığını əks etdirən statistikanı Prezident Putinin diqqətinə çatdırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26