Interposta.Info

Prezident qızını yüksək vəzifəyə TƏYİN ETDİ

Dünya
 2-09-2020, 08:55     798

Ramzan Kadırovun qızı Ayşat Kadırova Çeçenistan Mədəniyyət nazirinin birinci müavini olub.

“Yeni Sabah” xəbər verir ki, bunu regionun başçısı özü elan edib. "Ayşat Kadırova Çeçenistan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edildi",- deyə R.Kadırov Telegram kanalında yazıb.

Çeçenistan başçısının sözlərinə görə, Kadırova ən mürəkkəb layihələrə rəhbərlik təcrübəsinə malikdir. O qeyd edib ki, Ayşat kolleksiyaları bir çox ölkələrdə qiymətləndirilən, çeçen adət-ənənələrini bütün dünyaya nümayiş etdirən Modalar evinə rəhbərlik edib.

Respublika rəhbəri Ayşat Kadırovanın Çeçenistan Filarmoniyasının inkişafına töhfə verdiyini də əlavə edib. Bildirib ki, o bu ilin mart ayında "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif edilib.

"Xüsusilə son zamanlarda Ayşat tədqiqatlarını daha çox mədəniyyət sahəsinə həsr edib, bu istiqamətdə tanınmış və aparıcı mütəxəssislərlə fəal şəkildə əməkdaşlıq edib və onlarla əlaqə qurub",-deyə R.Kadırov vurğulayıb.

Respublikanın rəhbəri onu da qeyd edib ki, bu təyinatla bağlı qərar Çeçenistanın Mədəniyyət naziri Xoj-Baudi Daayevin təşəbbüsü əsasında verilib.

Qeyd edək ki, Ayşat Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, xanım Kadırova Qurani-Kərim hafizidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26